Otelin sakit güşəsində “The Jasmine”restoranını ziyarət etməklə ənənəvi Azəri və Avropa mətbəxlərindən zövq ala bilərsiniz.
“Shafran”
Ənənəvi Azəri mətbəxi ilə sizi qarşılayan “Shafran” restoranı hər axşam xidmətinizdədir. “Shafran” dağdan axan sakit çay və valehedici meşə mənzərəsi ilə əhatə olunub.
“Boutique Bar”
Axşam vaxtı ‘Boutique Bar' – ın rahat ab-havasından zövq alaraq qəhvəli içkilər və kokteyllər ilə vaxtınızı keçirin.
“Pool Bar”
Hovuz ətrafında günəşlənmək üçün mükəmməl şərait qurulub. Qonaqlar "Pool Bar" – da müxtəlif təravətli içkiləri sifariş edə bilərlər.