10

Nabran

+9 oC

Haqqımızda

RIVER INN
Boutique Hotel

Bakıdan  190 km məsafədə yerləşən və yüksək xidmətləri özündə birləşdirən River İNN Boutique Hotel Nabranın çimərliyi və meşəsi ilə əhatə olunub. Otel ərazisi dağdan axan çayla bir neçə hissəyə bölünür.

Otel 34 nömrədən, standart otaq, lyuks kottec ve lyuks villalardan ibarətdir. Bütün nömrələr "Twinbed" və “Single” tipli yataq otağı, geniş salon, minibar, geniş duş sahəsi, peyk yayımlı TV, WIFI, telefon, mərkəzi kondisioner və isitmə sistemi ilə təchiz olunub. Otaqlara 24 saat xidmət göstərilir.

Əyləncə mərkəzində vaxtınızın daha da xoş keçməsi üçün sizlərə bouling, billiard, 100 nəfərlik kinozal, geniş kitabxana, restoran və bar xidmətləri təklif olunur. Yay mövsümündə açıq kinoteatr sizin xidmətinizdədir. Burada siz yerli qəlyanaltılar və bar servisindən gün boyu zövq ala bilərsiniz.

Özünüzün və uşaqlarınızın rahatlığı üçün siz otel ərazisində yerləşən baxçamızdan da istifadə edə bilərsiniz.

 

Biz təklif edirik:

• Açıq Hovuz
• Qapalı Hovuz
• 24 saat otaqlara xidmət
• Oyun Zonası
• Kinoteatr
• Uşaq baxçası
• SPA Mərkəzi
•  Wifi
• Billiard
• Boulinq
• Kitabxana
• Al a Carte Restoran və Bar
• Velosiped
• Club Cars
• Pulsuz avto-dayanacaq

 

Bütün otaqlar təchiz olunub:
• vanna otağı
• telefon
• peyk televiziyası
• LCD TV
• Mərkəzləşdirilmiş kondisioner sistemi
• Minibar
• Otaqlarda seyf
• Hamam dəsti
• Tüstü detektoru
• Fen
• Güzgü
• Ütü və ütü masası (tələb üzərində)